10 years with you


Davamlı Təhsil məhsulu tələbələrimiz üçün hazırladığımız xüsusi layihədir. Belə ki, məktəbəqədər hazırlıq, orta və ali məktəblərdə ödənişli təhsil alan tələbənin valideynlərindən birinin istənilən səbəbdən ölüm və bədbəxt hadisə nəticəsində I qrup əlillik alması halları ilə qarşılaşdığı təqdirdə onun övladının təhsil müddətinin sonuna qədər və ya müqavilənin şərtləri ilə tənzimlənən müddətdə ödəməli olduğu təhsil haqqının «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən ödənilməsini nəzərdə tutan sığorta məhsuludur. 

 

Aylıq kiçik sığorta haqqı ödəməklə övladınızın təhsilinin yarıda qalmasına imkan verməyəcəksiniz. 

Davamlı Təhsil məhsulunun üstünlükləri:

- Sığorta məbləği: Təhsil haqqının qalan hissəsi və müddətli həyat sığortası
- Tələbə təhsili dayandırarsa: Təhsil mərkəzi istifadə olunmamış illərə görə təhsil haqqını sizə geri qaytaracaq
- Sığorta haqqını onlayn (e-pul.az, izim.az, kassam.az saytlarında) və partnyor bankların filiallarında ödəmək mümkündür

 

 

 

Məhsulun şərtləri:

- Məhsul üzrə sığorta haqqı birdəfəlik və ya illik bərabər hissələrlə ödənilə bilər
- Sığorta məbləği maksimum 100.000 AZN təşkil edir
- Sığorta məbləği birdəfəlik ödənilir

 

Sizə uyğun sığorta məhsulu haqqında daha ətraflı məlumat almaq üçün (012) 942 nömrəsinə zəng vurun.


Sustainable Education

Get consultation