• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
5 Dec

PAŞA Həyat Sığorta regional təmsilçiliyi gücləndirəcək

PAŞA Həyat Sığorta şirkəti yeni satış strategiyasının reallaşdırılması və xidmət prosesinin optimallaşdırılması çərçivəsində Sumqayıt şəhərində yerləşən “Şimal” filialının əməkdaşlarını şirkətin Satış departamentinin strukturunda müvafiq vəzifələrə rotasiya etmişdir. Bu dəyişiklik Satış departamentinin daxilində regional satış istiqamətinin gücləndirilməsi yönündə atılmış addımlardan biridir.Belə ki, bundan sonra bütün Şimal və Şimal-Qərb rayonlarında yerləşən müştərilərə xidmət birbaşa satış departamentində rayonlar üzrə xüsusi təyin edilmiş kuratorlar tərəfindən aparılacaqdır.

 

Qeyd edək ki, şirkətin 2018-2020-ci illər fəaliyyət strategiyasında Azərbaycanın bütün regionlarında həyat sığortasının təbliği, nümayəndəlik və partnyor əlaqələri hesabına təmsilçiliyin gücləndirilməsi, yerli sorğuların operativ həlli və s. məqsədlərin reallaşdırılması mühüm yer tutur.


Xatırladaq ki, hazırda şirkətin Gəncə şəhərində yerləşən “Qərb” filialı fəaliyyətini davam etdirir. Filialın fəaliyyət ərazisinə Gəncə şəhəri və ətrafı rayonlar, həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy kimi rayonlar daxil olmaqla bütövlükdə ölkənin qərb regionu daxildir.

___________________________________________________________________________________________________________________________

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı