• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
13 Nov

“PAŞA Həyat” “eManat” ilə əməkdaşlığa başlayıb

Artıq bu gündən etibarən müştərilərimiz sığorta haqqı məbləği üzrə ödənişlərini E-manat ödəniş terminalları vasitəsilə də həyata keçirə biləcəklər.

 

 “eManat” vasitəsi ilə aparılan ödənişlər “PAŞA Həyat”ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir.

 

Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər ediləcəkdir.

 

Qeyd edək ki, hazırda bütün ölkə ərazisində 2100 “eManat” köşkü fəaliyyət göstərir, o cümlədən, Bakı, Abşeron və Sumqayıtda 1390, digər regionlarda isə 710 “eManat”  köşkü sizin xidmətinizdədir.

Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlə yanaşı, www.kassam.az, www.izim.az, e-pul.az ödəniş portalları ilə də əməkdaşlıq edir.

 

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı