• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

Bİz kİmİk ?

ŞİRKƏT HAQQINDA

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır

Şirkətimizin bir sıra göstəriciləri

147
Ödənişlər (mln. AZN)
53
Bazar payı %
163
Aktivlər (mln. AZN)
150
Əməkdaşlar

BİZİ FƏQRLƏNDİRƏN AMİLLƏR

BİZİ NİYƏ SEÇMƏLİSİNİZ

Bazar lideri

Sağlam maliyyə durumu

Geniş çeşidli sığorta məhsulları

Sərfəli məhsul şərtləri

Keyfiyyətli müştəri xidməti

Sığorta ödənişlərinin tam vaxtında icrası

image

Hesabatlar

Şirkətin hesabatlarını qeyd edilən illər üzrə yükləyə bilərsiniz

BİZİM MÜKAFATLAR

image

Customer Relationship Excellence Azerbaijan

“PAŞA Həyat” Böyük Britaniyanın nüfuzlu şirkəti “Luxury Lifestyle” tərəfindən 2016 cı il üçün “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə mükafatlandırılıb

image

“Milli irs”

 

“PAŞA Həyat” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs” mükafatı ilə mükafatlandırılıb

image

Ən yaxşı müştəri münasibətləri

 

“PAŞA Həyat” “FIAR 2016 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda “Ən yaxşı müştəri münasibətləri ” xüsusi beynəlxalq mükafata layiq görülüb. 

Karyera

BİZƏ QOŞUL

“PAŞA Həyat Sığorta” ASC-də mövcud və potensial insan resurslarına verilən dəyər ön planda tutulmaqla strateji məqsədlərə xidmət edən, yerli qanunvericiliyin və beynəlxalq təcrübənin tələblərinə tam cavab verən insan resursları idarəçiliyi tətbiq edilməkdədir.
Yüksək dəyərlərə malik olan “PAŞA Həyat” ailəsinin hər bir fərdi özü, digər komanda yoldaşları və təmsil etdiyi qurum üçün ən uğurlu nəticəni əldə etmək məqsədilə peşəkarlıqlarını və fərdi göstəricilərini daima inkişaf etdirməkdədir.

“PAŞA Həyat Sığorta” ASC-də işə qəbul, yeni işçilərin adaptasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təlim və inkişafı, maddi və qeyri-maddi motivasiya proqramları, müxtəlif ictimai maarifləndirmə tədbirləri məhz bu peşəkar inkişafa dəstək verməklə ümumi strateji məqsədlərə xidmət etməkdədir. Zəhmət olmasa, CV-nizi  cv@pasha-life.az ünvanına göndərin.

image

Mövcud vakansiyalar
  • Risklərin idarəedilməsi şöbəsi - Mütəxəssis

      Struktur bölmə: Risklərin idarəedilməsi şöbəsi - Mütəxəssis

      Əmək/H: Ştat cədvəlinə uyğun olaraq

      Son müraciət tarixi: 23 sentyabr 2017-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

      Vəzifənin öhdəlikləri

      1. Bazar risklərinin idarəedilməsi üzrə:
      - Bazar risklərini müəyyən etmək (o cümlədən, valyuta riski, faiz riski, qiymət riski) və onların idarəedilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflər vermək;
      - İqtisadiyyatda və sığorta sektorunda baş verə biləcək potensial dəyişiklikləri araşdırmaq;
      - Risklərin İdarəedilməsi Komitəsi tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellər hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək;
      - Risk Siyasəti çərçivəsində maliyyə alətləri üzrə bazar riski limitlərini müəyyənləşdirmək, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlər həyata keçirmək;
      - Bazar risklərini monitorinq etmək və hesabatlar vermək;
      2. Kredit risklərinin idarəedilməsi üzrə:
      - Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarəedilməsinə dair qrupda mövcud olan tənzimləyici nəzarət çərçivəsini tətbiq etmək və təkmilləşdirilməsinə dəstək vermək, kredit riski üzrə alətlərin, siyasət və qaydaların icrasına nəzarət etmək;
      - Mütəmadi olaraq investisiya portfelini monitorinq etmək, çıxan nəticələri təhlil etmək, aşkarlanan riskləri nəzarətdə saxlamaq və risklərin minimallaşdırılması (limitlər və s.) üzrə təkliflər vermək; 
      - Risklərin təhlükəli həddə çatması halında əks tədbirlərin icra olunmasını təmin etmək;
      3. Stress testlər ilə bağlı:
      -       Qrup daxili metodologiyaya əsaslanaraq stress testləri müəyyən etmək və aparılmasını təmin edir.

      Namizədə olan tələblər

      İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
      Təhsili/ixtisası: Ali - risklərin idarəedilməsi, iqtisadiyyat, maliyyə, riyaziyyat ixtisasları üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili arzu olunandır. 
      Dil bilikləri: İngilis və rus dillərini yaxşı səviyyədə bilməlidir.
      Kompüter bilikləri: MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir (Excel proqramı əla səviyyədə olmaqla).
      Üstünlüklər: FRM, CFA sertifikatlarına malik namizədlərə üstünlük verilir. 2 il və daha artıq təcrübəsi olanlara üstünlük veriləcəkdir.
      Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, qroqnoz vermə bacarığı, riyazi bacarıqlar, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), Təşəbbüskarlıq və yenilikçilik bacarığı.
      İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.


      Vakansiya üçün müraciət qaydası CV-lər “Risklərin idarəedilməsi – mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir


  • Hüquqi təminat şöbəsi - Mütəxəssis

      Struktur bölmə: Hüquqi təminat şöbəsi - Mütəxəssis

      Əmək/H: Ştat cədvəlinə uyğun olaraq

      Son müraciət tarixi: 30 sentyabr 2017-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

      Vəzifənin öhdəlikləri

      1.     Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək;
      2. İdarəetmə orqanlarının qərarlarını, iclas protokollarını tərtib etmək;
      3. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq; 
      4. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını və onların tətbiq olunması prosedurunun izahını həyata  keçirmək;
      5. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
      6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar olan məktubları hazırlamaq və ya hazırlanması prosesinə hüquqi nəzarət etmək;
      7. Cəmiyyət tərəfindən maliyyə bazarlarına nəzarət orqanına və digər qurumlara verilən hesabatların vaxtında təqdim edilməsinə nəzarət etmək;
      8. Lisenziyalaşdırma, icazələrin alınmasını tələb edən məsələlər üzrə sənədləri hazırlamaq, müvafiq tədbirlər görmək;
      9. Qanunvericiliklə maliyyə bazarlarına nəzarət orqanına məlumat verilməsi tələb olunan qərarlar barədə məlumatı təqdim etmək
      10. Şöbə üzərinə qoyulmuş hədəflərin əldə edilməsi üçün öhdəsinə düşən digər tədbirləri həyata keçirmək.

      Namizədə olan tələblər

      İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
      Təhsili/ixtisası: Ali hüquq təhsili
      Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir
      Kompüter bilikləri: MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir
      Üstünlüklər: Sığorta və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir
      Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı


      Vakansiya üçün müraciət qaydası CV-lər “Hüquqi təminat” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir


  • Satış departamenti/Fərdi sığorta şöbəsi - Mütəxəssis

      Struktur bölmə: Satış departamenti/Fərdi sığorta şöbəsi - Mütəxəssis

      Əmək/H: Ştat cədvəlinə uyğun olaraq

      Son müraciət tarixi: 07 oktyabr 2017-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

      Vəzifənin öhdəlikləri

      - Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
      - Müştərilərlə görüşləri təyin etmək, zəng və elektron poçt vasitəsilə əlaqə saxlamaq;
      - Müştərilərə sığorta məhsulunun tam izah edilib sığorta haqqının cəlb edilməsini təmin etmək;- 
      - Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara cavab verilməsini təmin etmək;
      - Ofisdən kənar sığorta məhsullarının satışının həyata keçirilməsini təmin etmək;
      - Yeni potensial müştəriləri cəlb etmək, cəlb edilən müştərilərin məlumatlarını  İT bazada yerləşdirmək;
      - Müştərilərin sorğusuna əsasən və ya vaxtının bitməsinə az qalmış sığorta şəhadətnamələrinin yenilənməsini təmin etmək;
      - Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
      - Müştərilərin iddia və təkliflərini araşdırmaq, lazım gələrsə digər şöbələrlə müzakirə etmək;
      - Mövcud müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək, yeni təkliflər vermək;
      - Sığorta hadisələri zamanı ödənişin operativ həyata keçirilməsi üçün tələb olunan sənədlərin vaxtında yığılmasını təmin etmək;
      - Debitorun ödənilməsinin və nüsxələrin yığılmasını təmin etmək;

      Namizədə olan tələblər

      İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
      Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil, iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
      Dil bilikləri: Rus dilini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir.
      Kompüter bilikləri: MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir.
      Üstünlüklər: Riyazi biliklər, müştəri ilə ünsiyyət bacarığı.
      Fərdi keyfiyyət tələbləri: Etibarlılıq və Şirkətə sədaqətlilik, müştəri yönümlülük, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı.


      Vakansiya üçün müraciət qaydası CV-lər  “Fərdi sığorta- mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir