• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

Bİz kİMİk ?

ŞİRKƏT HAQQINDA

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır

Şirkətimizin bir sıra göstəriciləri

147
Ödənişlər (mln. AZN)
53
Bazar payı %
163
Aktivlər (mln. AZN)
150
Əməkdaşlar

BİZİ FƏQRLƏNDİRƏN AMİLLƏR

BİZİ NİYƏ SEÇMƏLİSİNİZ

Bazar lideri

Sağlam maliyyə durumu

Geniş çeşidli sığorta məhsulları

Sərfəli məhsul şərtləri

Keyfiyyətli müştəri xidməti

Sığorta ödənişlərinin tam vaxtında icrası

image

Hesabatlar

Şirkətin hesabatlarını qeyd edilən illər üzrə yükləyə bilərsiniz.

BİZİM MÜKAFATLAR

image

Customer Relationship Excellence Azerbaijan

“PAŞA Həyat” Böyük Britaniyanın nüfuzlu şirkəti “Luxury Lifestyle” tərəfindən 2016 cı il üçün “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə mükafatlandırılıb

image

“Milli irs”

 

“PAŞA Həyat” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs” mükafatı ilə mükafatlandırılıb

image

Ən yaxşı müştəri münasibətləri

 

“PAŞA Həyat” “FIAR 2016 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda “Ən yaxşı müştəri münasibətləri ” xüsusi beynəlxalq mükafata layiq görülüb. 

Karyera

BİZƏ QOŞUL

“PAŞA Həyat Sığorta” ASC-də mövcud və potensial insan resurslarına verilən dəyər ön planda tutulmaqla strateji məqsədlərə xidmət edən, yerli qanunvericiliyin və beynəlxalq təcrübənin tələblərinə tam cavab verən insan resursları idarəçiliyi tətbiq edilməkdədir.
Yüksək dəyərlərə malik olan “PAŞA Həyat” ailəsinin hər bir fərdi özü, digər komanda yoldaşları və təmsil etdiyi qurum üçün ən uğurlu nəticəni əldə etmək məqsədilə peşəkarlıqlarını və fərdi göstəricilərini daima inkişaf etdirməkdədir.

“PAŞA Həyat Sığorta” ASC-də işə qəbul, yeni işçilərin adaptasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təlim və inkişafı, maddi və qeyri-maddi motivasiya proqramları, müxtəlif ictimai maarifləndirmə tədbirləri məhz bu peşəkar inkişafa dəstək verməklə ümumi strateji məqsədlərə xidmət etməkdədir. Zəhmət olmasa, CV-nizi  cv@pasha-life.az ünvanına göndərin.

image

Mövcud vakansiyalar
  • Maliyyə və satınalma departamenti - Hesabatlılıq şöbəsinin müdiri

      Struktur bölmə: Maliyyə və satınalma departamenti - Hesabatlılıq şöbəsi

      Vəzifə: Şöbə müdiri

      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Son müraciət tarixi: 28 Aprel 2017-ci il

      Vəzifənin öhdəlikləri:

      • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyini və dolğunluğunu təmin etmək

      • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək

      • Şirkətin aşağıdakı mütəmadi hesabatlarının daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsini təmin etmək

      • Nəzarətedici orqanlara təqdim edilən aylıq və rüblük hesabatlar

      • Səhmdar, Direktorlar Şurası, Daxili komitələr və İdarə Heyətinə təqdim edilən dövri hesabatlar

      • Şirkət daxilindəki digər struktur bölmələrə təqdim edilən aylıq hesabatlar

      • Kənar audit yoxlama prosesinə rəhbərlik etmək və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsini təmin etmək

      • Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək

      Namizədə olan tələblər:

      İş təcrübəsi:

      Sığorta və ya Bank sektorunda

      • Maliyyə idarəetməsi və Hesabatlılıq sahəsində ən azı 3 illik rəhbər (qrup rəhbəri və ya şöbə rəhbəri) vəzifədə təcrübə Arzu olunandır

      • Böyük dördlüyə daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 3 illik iş təcrübəsi

      • Böyük onluğa daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 5 illik iş təcrübəsi

      Təhsil/ixtisas: Ali – (Maliyyə, mühasibatlıq), ACCA sertifikasiyası üzrə ən azı F səviyyəli imtahanların (F1-F9) uğurla keçirilməsi və ya DipIFR sertifikasiyası

      Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışmaq və yazmaq bacarıqları Rus dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları

      Kompüter bilikləri: Excel proqramından yüksək səviyyədə,Word, Outlook və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları Böyük məlumat bazaları ilə işləmək bacarığı

      Üstünlüklər:

      Riyaziyyat, məntiq və statistika üzrə biliklər. CFA proqramında üzvlük

      Fərdi keyfiyyət tələbləri:

      Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və Şirkətə sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

      İmtiyazlar:

      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

       

      Vakansiya üçün müraciət qaydası CV-lər “Hesabatlılıq- şöbə müdiri” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir.

  • Maliyyə və satınalma departamenti - Direktor

      Struktur bölmə: Maliyyə və satınalma  departamenti

      Vəzifə: Departament direktoru

      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Son müraciət tarixi: 28 Aprel 2017-ci il

      Vəzifənin öhdəlikləri:

      - Mühasibat uçotunun şirkət daxili qəbul edilmiş siyasət və qaydalara əsasən təşkil edilməsini təmin etmək
      - Uçotun aparılması və hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sisteminin və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək
      - Hesabatlılıq sisteminin dəqiqliyini, dolğunluğunu və müəyyən edilmiş vaxt çərçivəsində icra edilməsini təmin etmək
      - Kənar audit yoxlama prosesinə nəzarət etmək, uçotla bağlı İdarə Heyətinin mövqeyini razılaşdırmaq və  təmin etmək
      - Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər stukturlar tərəfindən maliyyə fəaliyyəti ilə bağlı sorğuların və tapşırıqların vaxtında icrasını təmin etmək
      - Büdcələmə prosesinə rəhbərlik etmək, büdcə üzrə hesabatlılığın dəqiqliyini, dolğunluğunu və müəyyən edilmiş vaxt çərçivəsində icra edilməsini təmin etmək
      - Satınalma prosesinin şirkət daxili qəbul edilmiş siyasət və qaydalara əsasən təşkil edilməsini təmin etmək, prosesin təkmilləşdirilməsi ilə bağlı daim təhlillər aparmaq və normativ bazanın təkmilləşdirilməsi ilə bağlı İdarə Heyətinə təkliflər təqdim etmək

      Namizədə olan tələblər:

      İş təcrübəsi: Sığorta və ya Bank sektorunda Maliyyə İdarəetməsi və Hesabatlılıq sahəsində ən azı 4 illik rəhbər (departament direktoru və ya müavini) vəzifədə təcrübə.

      Təhsil/ixtisas: Bakalavr (Maliyyə, mühasibatlıq), magistr arzu olunandır; ACCA sertifikasiyası üzrə ən azı F səviyyəli imtahanlardan (F1-F9) uğurla keçməsi;DipIFR sertifikasiyası və ya CFA proqramı üzrə 1-ci səviyyə imtahandan uğurla keçməsi.

      Dil bilikləri: İngilis dilində professional səviyyədə danışmaq və yazmaq bacarıqları;Rus dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları.

      Kompüter bilikləri: Excel, Word və Outlook proqramlarından yüksək səviyyədə, PowerPoint proqramından orta səviyyədə istifadə bacarıqları; Böyük məlumat bazaları ilə işləmək bacarığı.

      Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər; Böyük dördlüyə daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 4 illik iş təcrübəsi; Böyük onluğa daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 5 illik iş təcrübəsi.

      Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, hesabatların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, diqqətlilik və problemə fokuslanma, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və Şirkətə sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırılması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

      İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

       

      Vakansiya üçün müraciət qaydası CV-lər “Maliyyə və satınalma  departamentinin direktoru” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir.