Javascript is not currently enabled in your browser.
You must enable Javascript to run this web page correctly.

About

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün həyat sığortası siniflərinə aid hər bir müştərinin tələblərinə cavab verən aşağıda qeyd olunan məhsullar təqdim edir:



Sığorta bazarında öz mövqeyini möhkəmləndirmək məqsədilə “PAŞA Həyat Sığorta” təqdim etdiyi məhsulların şərtlərinin müştərilər üçün daha sərfəli olması istiqamətində daimi iş aparır. Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat Sığorta” ASC yüksək reytinqli beynəlxalq aparıcı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir.

“PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Amerika Ticarət Palatasına (AMCHAM) üzvdür. Şirkət keyfiyyətin idarəedilməsi üzrə "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir.

2013-cü ilin yekunlarına görə “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyanın “XPRIMM Insurance Report” beynəlxalq sığorta jurnalı tərəfindən “ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəlxalq mükafata layiq görülüb. 2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.